İranın xarici işlər naziri Ər-Riyada səfər edəcək
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan Səudiyyə Ərəbistanına bir günlük səfər edəcək və orada həmkarı Faysal bin Fərhan Əl-Səud ilə danışıqlar aparacaq.
Busaat.az xəbər verir ki, bubarədə “Asharq Al Awsat” qəzeti məlumat yayıb.
Mənbə bldirir ki, iki nazir diplomatik münasibətlərin kəsilməsi nəticəsində yaranan 7 illik fasilədən sonra ikitərəfli əlaqələrin qurulması ilə bağlı gələcək addımları müzakirə edəcəklər.
İki ölkə səfirlik və baş konsulluqlarını yenidən açıb. Münasibətlərin normallaşması Çinin vasitəçiliyi ilə baş verib. Martın 10-da tərəflər suverenlik və bir-birinin daxili işlərinə qarışmama prinsiplərinə sadiq olduqlarını bəyan edərək, ticarət, iqtisadiyyat, mədəniyyət, elm və texnologiya sahələrində əməkdaşlıq qurmaq niyyətində olduqlarını bildiriblər.
İranın xarici işlər naziri daha əvvəl demişdi ki, bizim müzakirə edəcəyimiz müxtəlif mövzular var. Fars körfəzi regionunda beynəlxalq təmaslarda üstünlük təşkil edən dialoqu hədəfləyirik.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı 2016-cı ilin yanvarında şiə din xadimi Nimr əl-Nimrin Ər-Riyadda edam edilməsindən qəzəblənən Tehrandakı səfirliyinə etirazçılar tərəfindən hücum olunduqdan sonra İranla diplomatik əlaqələrini kəsib.
İyun ayında Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Tehrana səfər edib.





