İraq ABŞ işğalı zamanı oğurlanmış 18 min tarixi əsərləri geri qaytarır

image-7800731557631146012backend

ABŞ-ın işğalı zamanı İraqdan qaçaqmalçılıq yolu ilə çıxarılan 18 mindən çox tarixi əsər ölkəyə qaytarılıb.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı İraqın Xarici İşlər naziri Fuad Hüseyn verib.

Məlumata görə, ölkədən qeyri-qanuni yollarla çıxarılan 18 mindən çox tarixi əsərin İraqa geri gətirilib.

Nazir Hüseyn paytaxt Bağdadda keçirilən 6-cı Qədim Sivilizasiyalar Forumunun açılışında çıxış edib. İraq sivilizasiyalarının keçmişdə müxtəlif təhdidlərə məruz qaldığını bildirən Hüseyn, “Sivilizasiya abidələrinin məhv edilməsində terrorun əli var. Lakin bu terror aktları tarixi məhv edə bilməz” – deyə, qeyd edib.

İraq hökumətinin tarixi əsərlərə qarşı təxribatı dayandırmaq üçün səy göstərdiyini və oğurlanmış əsərlərin geri qaytarılması üçün ikitərəfli əməkdaşlığı gücləndirmək ümidində olduqlarını vurğulayan Hüseyn, İraqdan qaçaqmalçılıq yolu ilə çıxarılan 18 mindən çox tarixi əsərin ölkəyə qaytarıldığını bildirib.

İraqın XİN rəhbəri geri qaytarılan artefaktların nə vaxt və hara gətirildiyi barədə məlumat paylaşmayıb.

Qeyd edək ki, 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsi zamanı ölkənin müxtəlif əyalətlərində, xüsusən də Bağdadda bir çox muzey talan edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90