Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 255 $▼1.42%
  • Ethereum1 896 $▼1.62%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

ABŞ İsraili tərk etmək istəyən vətəndaşları üçün çarter reysləri təşkil edəcək

image-abs
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ İsraili tərk etmək istəyən vətəndaşları üçün çarter reysləri təşkil edəcək.

Busaat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlamasında bildirib.

O, nazirliyin ən mühüm prioriteti xaricdəki vətəndaşlarının təhlükəsizliyi olduğunu söyləyib.

Miller bildirib ki, bu gündən etibarən ABŞ vətəndaşları və onların İsraildəki birinci dərəcəli qohumları üçün çarter reysləri təşkil edilməyə başlanılacaq.

Önümüzdəki günlərdə uçuşların həyata keçiriləcəyi ərazilərin artırılacağını qeyd edən Miller, Dövlət Departamentinin bir çox yüksək səviyyəli rəsmisinin ABŞ vətəndaşlarının İsraildən çıxarılması istiqamətində daha çox seçim təmin etmək üçün hava yolu şirkətləri və beynəlxalq tərəfdaşlarla birlikdə çalışdıqlarını ifadə edib.

Sözçü deyib ki, vətəndaşlar təyin olunmuş məntəqələrdən öz səyahət planlarını tərtib edə bilərlər, köməyə ehtiyacı olanlar isə Xarici İşlər Nazirliyinin internet səhifəsindəki formanı doldurmalıdırlar.

İsraildəki hadisələri yaxından izlədiklərini ifadə edən Miller, hər həftə minlərlə ABŞ vətəndaşının təhlükəsiz şəkildə ölkədən çıxarılmasını gözlədiklərini vurğulayıb.

ABŞ İsrail və işğal altındakı İordan çayının qərb sahili üçün səyahət xəbərdarlığını 3-cü səviyyəyə qaldırıb. Həmçinin, vətəndaşlarına lazım olmadıqca bu bölgələrə səyahət etməmələri barədə xəbərdarlıq edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=124919