Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft90.83 $▼0.66%
  • WTI neft85.88 $▲0.25%
  • Avropa qazı (TTF)84.47 €▲2.60%
  • Təbii qaz (ABŞ)3.238 $▲0.78%
  • Qızıl4 046 $▼1.91%
  • Gümüş51.53 $▼3.23%
  • Pambıq78.30 ¢▼0.58%
  • Buğda591.00 ¢▲0.38%
  • Bitcoin73 291 $▼2.61%
  • Ethereum2 026 $▼4.97%
  • S&P 5007 497▼0.69%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

İraqda “Telegram”a giriş qadağası aradan qaldırıldı

image-telegram
telegram
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İraq hökuməti “Telegram”a giriş qadağasını aradan qaldırıb.

Busaat.az xəbər verir ki, bu barədə İraqın Rabitə Nazirliyindən verilən yazılı açıqlamada bildirilib.

Məlumata görə, İraqın Baş naziri Məhəmməd Şiya es-in göstərişi ilə “Telegram”a giriş qadağası bu gündən aradan qaldırılıb.

Açıqlamada İraqın ifadə azadlığına qarşı olmadığı, lakin sosial media tətbiqləri olan şirkətlərin ölkə qanunlarına, təhlükəsizliyinə və istifadəçi məlumatlarına hörmətlə yanaşmasının vacib olduğu vurğulanıb.

İraqın Rabitə Nazirliyi avqustun 6-da “Telegram”a girişin qadağan edilməsi qərarını yüksək səviyyəli hökumət rəsmilərinin tələbi ilə qəbul etdiyini açıqlayıb.

Qərara səbəb dövlətə məxsus şəxsi sənədlərin sızmasının qarşısının alınması və vətəndaşların şəxsi məlumatlarının qorunması olub.

İraqda “Telegram”dan aktiv şəkildə istifadə edən İranın dəstəklədiyi şiə silahlıları bu addıma sərt reaksiya verib.

Sözügedən şiə milislər “Telegram”ın bağlanması əmrini ABŞ səfirinin verdiyini iddia ediblər.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=117756