İrəvanda itaətsizlik aksiyasında 60-dan çox iştirakçı saxlanılıb – YENİLƏNİB

image-a3241209-ccd5-318f-884b-96c860327dc8_850jpg-1715665752backend

Ermənistan polisi İrəvan küçələrini bağlayan itaətsizlik aksiyasının 63 iştirakçısını saxlayıb.

Busaat.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

***

10:10

Ermənistan polisi İrəvan küçələrini bağlayan itaətsizlik aksiyasının 38 iştirakçısını saxlayıb.

Busaat.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

***

09:49

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifət fəalları səhər tezdən İrəvanın mərkəzi küçələrini bağlamağa çalışırlar, polis onları saxlamağa başlayıb.

Bausaat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Nümayişçilər mərkəzi Saxarova meydanında, hökumət binalarının yaxınlığında aksiya keçirirlər. Ermənistanın xüsusi təyinatlı polis qüvvələri ətraf küçələrin bağlanmasının qarşısını almağa çalışır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki