Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light121.95 $▲1.88%
  • Brent neft111.66 $▼1.69%
  • WTI neft103.44 $▲3.45%
  • Avropa qazı (TTF)93.30 €▲3.32%
  • Təbii qaz (ABŞ)3.047 $▲11.37%
  • Qızıl4 010 $▼0.50%
  • Gümüş53.96 $▲0.00%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin81 234 $▼0.08%
  • Ethereum2 394 $▲0.32%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Dünya

İrəvanda itkin hərbçilərin valideynləri Müdafiə Nazirliyinin binası qarşısında gecələyir

image-irevan

Ermənistanda 44 günlük müharibədə itkin düşən hərbçilərin valideynləri Müdafiə Nazirliyinin binası qarşısında gecələyir.

Busaat.az xəbər verir ki, bunu “News.am”a müsahibəsində hərbçilərin valideynlərindən biri deyib.

“Onlarla valideyn binanın qarşısında qalıb, onlar qəbul olunana qədər gözləyəcəklər. Mən getmişəm, gedənləri artıq binaya buraxmırlar, içəridə qalan valideynlərinin telefonlarını da götürüblər”, – o deyib.

Xatırladaq ki, bu gün səhər saatlarından 60-a yaxın valideyn müdafiə naziri Suren Papikyanla görüşməyi tələb etsə də, əvəzində valideynləri nazir müavini Arman Sarkisyan qəbul edib.

Qeyd edək ki, nazirlik binasına toplaşanlar kimyəvi müdafiə bölməsindən olan hərbçilərin yaxınlarıdır. Ermənistan KİV onların II Qarabağ müharibəsi zamanı Zəngilan rayonuna göndərildiyini, o vaxtdan onlardan heç bir xəbər olmadığını yazır.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul