Bildiyiniz kimi 2020-ci il 27 senytabr tarixindən başlayan ,44 gün davam edən və dünya hərb tarixinə qızıl həriflərlə yazılan 2-ci Qarabağ müharibəsindən artıq 1 il 8 ay keçib.Ali baş komandanın uğurlu siyasəti ,hərbçilərimizin yüksək peşəkarlığı və cəsarəti sayəsində Qarabağ 30 ildən sonra düşmən tapdağından azad edildi.30 il boyunca Erməni vandalizminə məruz qalmış rayonlarımız bu gün artıq çiçəklənməyə doğru gedir.Bu gün azad edilmiş hər bir rayonda yenidən qurma,bərpa işləri planlı şəkildə öz axarında aparılır.İşğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, lazımi infrastrukturun yaradılması, öz doğma yurdlarına qayıtmaq istəyən vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi dövlət siyasətinin ən vacib məsələlərindən biridir.İşğaldan azad edilmiş şəhər və kəndlərimizin müasir texnologiyalar əsasında yenidən qurulması istiqamətində ilk pilot layihənin icrasına Zəngilan rayonunun Ağalı kəndində start verilmişdir. Bir il 8 ay əvvəl inşaat işləri başlanılan Ağalıda hazırda 200 evdən ibarət gözəl kənd salınıb. Ağalı kəndində məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Bu günden başlayaraq artıq 41 ailənin “Ağalı kəndinə”köçü başlayıb. Biz inanırıq ki çox qısa müddət ərzində işğaldan azad edilmiş bütün ərazilərdə bərpa işləri tam yekunlaşacaq və illərdir öz dədə-baba yurdlarından didərgin düşmüş insanlar doğma torpaqlarına geri qayıdacaqlar.30 ildi həsrətində olduğumuz Qarabağ Ali baş komandan İlham Əliyevin və müzəffər ordun sayəsində Böyük qayıdışa hazırdı… Qarabağ nəinki Azərbaycanin eyni zamanda dünayanın ən gözəl məkanlarından birinə çevriləcəkdir.
YAP-Xəlilova Sərvinaz