Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin79 389 $▼2.08%
  • Ethereum2 295 $▼3.75%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
Dünya

İŞİD-in yeni lideri öldürüldü

image-thumbs_b_c_0324fac18ab7918108ae58d2f840da34

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Əbu İbrahim əl-Haşimi əl-Quraşinin ölümündən sonra İŞİD-in başına keçən Əbu əl-Həsən əl-Haşimi əl-Qureyşinin də öldürüldüyünü açıqlayıb.

Busaat.az xəbər verir ki, bu barədə CENTCOM-un sözçüsü polkovnik Co Buccino yazılı açıqlamada verib.

Buccino DEAŞ-ın bölgə üçün təhdid olmağa davam etdiyini və təşkilatın birdəfəlik məhvinə kökləndiklərini bildirib.

Bu hücumda İŞİD-ə qarşı koalisiyanın rolunun nə olduğu məlum deyil.

ABŞ qüvvələri İraq, Suriya və İordaniya sərhədlərinin kəsişdiyi Əl-Tənif bölgəsində Muqavvir Et-Tavra adlı müxalif qrupla əməkdaşlıq edir.

Qrup bir müddət əvvəl adını “Suriya Azad Ordusu” olaraq dəyişib.

Qeyd edək ki, İŞİD-in ilk lideri Əbu Bəkr əl-Bağdadinin yerinə keçmiş Əbu İbrahim əl-Haşimi əl-Qureyşi fevral ayında ABŞ xüsusi təyinatlılarının Suriyanın şimal-qərbində keçirdiyi əməliyyatda öldürülüb.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul