İsrailin Əl-Maqazi qaçqın düşərgəsinə hücumu nəticəsində azı 70 nəfər həlak olub.
Busaat.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
“Qəzzanın yaşayış məntəqələrində fəaliyyət göstərən Həmas terrorçularının yaratdığı çətinliklərə baxmayaraq, İDF mülki şəxslərə dəyən zərəri minimuma endirmək üçün əməli addımlar atmaq da daxil olmaqla, beynəlxalq hüquqa riayət etməyə sadiqdir”, – deyə məlumatda bildirilir.
İsrail ordusu son sutka ərzində 10 əsgərin öldürüldüyünü bildirib.
Baş nazir Benyamin Netanyahu deyib: “Müharibə bizə çox baha başa gəlir. Bununla belə, mübarizəni davam etdirməkdən başqa çarəmiz yoxdur”.
İsrailin Baş Qərargah rəisi isə bildirib ki, ordu Qəzzanın şimalına böyük ölçüdə nəzarət edir və cənubda əməliyyatları daha da genişləndirəcək.
Busaat.az