İsrailin Ankaradakı səfiri Türkiyəni tərk edir – MEDİA

image-thumbs_b_c_d911df4d17efe79f7fa7f3a6420728bfbackend

İsrailin Ankaradakı səfiri İrit Lilian digər İsrail diplomatları ilə birlikdə Türkiyəni tərk edib.

Busaat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, İsrail səfirliyi bu xəbərləri şərh etməkdən imtina edib.

İsrailin Milli Təhlükəsizlik Şurası ölkə vətəndaşlarına Türkiyəyə səyahətlə bağlı xəbərdarlığı edib.

Şura həmçinin Türkiyədəki İsrail vətəndaşlarını tez bir zamanda ölkəni tərk etməyə çağırıb.

Qeyd edək ki, Türkiyədə nümayişçilər dəfələrlə İsrail əleyhinə mitinqlər keçiriblər.

Pəri Əlizadə,
Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki