Məzmuna keç
  • Azeri Light126.00 $▲0.00%
  • Brent neft109.98 $▼3.04%
  • WTI neft100.79 $▼3.20%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.907 $▲0.31%
  • Qızıl3 908 $▲0.24%
  • Gümüş50.07 $▲1.61%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda602.75 ¢▼0.12%
  • Bitcoin78 298 $▲0.09%
  • Ethereum2 291 $▲0.82%
  • S&P 5007 580▼1.83%
16°Bakı
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
Dünya

İsrailin yeni Prezidenti and içdi

image-israil
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Yəhudi agentliyinin və İşçi partiyasının keçmiş rəhbəri İshaq Hersoq and içərək rəsmi olaraq İsrailin 11-ci Prezidenti vəzifəsinə keçib. 

Busaat.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, inauqurasiya mərasimi Knessetdə baş tutub. Mərasimdə ölkənin sabiq Prezidenti Reuven Rivlin, Baş nazir Naftali Bennet, deputatlar və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

Qeyd edək ki, Knesset iyunun 2-də İshaq Hersoqu ölkənin Prezidenti vəzifəsinə seçib. Səsvermənin birinci turunda 120 deputatdan 87-si öz səsini Hersoqa verib. Onun rəqibi Miriam Peretz isə 27 səs toplayıb. Beləliklə, İ.Hersoq İsrailin 11-ci Prezidenti seçilib.

İshaq Hersoq ölkənin 6-cı Prezidenti Haim Hersoqun (1983-1993-cü illər) oğludur. İ. Hersoq 2013-2017-ci illərdə “Avoda” adlı İşçi partiyasına rəhbərlik edib.

Xatırladaq ki, İsraildə prezident 7 illik müddət üçün seçilir və siyasi çəkisi baxımından simvolik fiqur hesab olunur. Prezidentdən fərqli olaraq, ölkənin Baş naziri daha geniş səlahiyyətlərə sahibdir.

Bu ölkədə prezidentin vəzifələri məhbusları əfv etmək, səfirlərin etimadnaməsini qəbul etmək və dövlətin təşkili üçün nümayəndələrin təyin olunmasından ibarətdir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=51665