İstanbulda Rusiya–Ukrayna görüşü keçirilir

image-0061be42ea9eabd49d4f7615b2ebcb41backend

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başlayıb.

Busaat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

İstanbuldakı danışıqlar Türkiyə tərəfinin təşəbbüsü ilə təxirə salınıb.

Busaat.az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

O bildirib ki, danışıqların günün ikinci yarısında keçirilməsinə qərar verilib.

Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların başlanma vaxtı məlum olub.

Busaat.az  xəbər verir ki, “RİA Novosti”nin məlumatına görə, danışıqların nahardan sonra başlanması gözlənilir.

Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə mayın 15-nə planlaşdırılan danışıqlar üçün İstanbula gəlib.

Busaat.az-ın xəbərinə görə, bu barədə RT nəşri məlumat verib.

Nümayəndə heyətinə Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski başçılıq edir.

Qeyd edək ki, mayın 14-də V.Putin Ukrayna ilə danışıqlar üçün Rusiya nümayəndə heyətinin tərkibini formalaşdırıb. Moskvadan Türkiyəyə, həmçinin Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin (əvvəllər Baş Kəşfiyyat İdarəsi kimi tanınırdı) rəisi İqor Kostyukov da gediblər.

Ukrayna tərəfdən danışıqlarda Prezident Ofisinin rəhbəri Andriy Yermak, müdafiə naziri Rustem Umerov, xarici işlər naziri Andriy Sibiqa və dövlət başçısının müşaviri İqor Jovkva iştirak edəcəklər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki