Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light121.95 $▲1.88%
  • Brent neft111.66 $▼1.69%
  • WTI neft103.44 $▲3.45%
  • Avropa qazı (TTF)93.30 €▲3.32%
  • Təbii qaz (ABŞ)3.047 $▲11.37%
  • Qızıl4 010 $▼0.50%
  • Gümüş53.96 $▲0.00%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 511 $▼0.97%
  • Ethereum2 369 $▼1.19%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
Dünya

İstanbuldakı atışmada iki çeçen də öldürülüb

image-hh

Ötən gün Türkiyədə baş verən atışmada azərbaycanlı kriminal aləm üzvü Naxçıvanlı Babadan başqa iki Çeçenistan vətəndaşı da öldürülüb.

Busaat.az  xəbər verir ki, atışma barədə bu gün Türkiyə mediası da məlumat yayıb. “DHA”nın verdiyi xəbərə görə, insident saat 17:30 radələrində İstanbulda Başakşehirin ən işlək küçələrindən biri olan Rəcəb Yazıcıoğluda qeydə alınıb.

Bildirilir ki, Avni Akyol bulvarında 4 nəfər restoranlardan birinin qarşısında gözləyərkən yanlarına gələn 3 nəfərlə dava edib. Ölənlərin Çeçenistan əsilli Rəhim Rəhimli ilə Həsən Yusifov olduqları müəyyənləşdirilib. Saytın yazdığı ilkin məlumata görə, silahlı dava borc məsələsinə görə Gürcüstan və Çeçenistan əsilli qrup üzvləri arasında baş verib. Hücum edənlərin xarici nömrəli avtomobillə hadisə yerindən uzaqlaşdıqları təsbit edilib.

Qaçan 3 nəfərin kimliyi müəyyənləşdirilir.

Xatırladaq ki, atışma zamanı həm də mərhum Rövşən Lənkəranskinin yaxınları kimi tanınan Naxçıvanlı Baba hadisə yerində ölüb, Xarkov Fuad ləqəbli Fuad Hacızadə isə yaralanıb. Naxçıvanlı Baba karateçi olub və müxtəlif turnirlərdə yer tutub. Daha sonra isə kriminal aləmə qoşulub.

https://youtu.be/f7LLtutX7-w

 

image-hj-3 image-stt

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul