İsveç baş nazirindən PKK AÇIQLAMASI
İsveçin baş naziri Ulf Kristersson terror təşkilatı PKK/YPG tərəfdarlarının ölkədəki təxribatlarına reaksiya verib.
Busaat.az xəbər verir ki, Kristersson terror təşkilatı PKK/YPG tərəfdarlarının paytaxt Stokholmda bələdiyyə binası qarşısında təxribat törətməsini İsveçin NATO-ya üzvlük müraciətinə qarşı “təxribat” kimi qiymətləndirib:
“İki siyasətçinin öldürüldüyü İsveçdə, demokratik yolla seçilmiş bir dövlət liderinin bu cür öldürülmısi çox ciddi vəziyyətdir”.
Kristersson ölkəsinin TV4 kanalına verdiyi yazılı açıqlamada, tarixi meriyanın qarşısına toplaşan bir qrup terror təşkilatı PKK/YPG tərəfdarının binanın qarşısındakı dirəyə prezident Rəcəb Tayyib Ərdoğanı sinvolizə edən kuklalar asmasına da reaksiya verib: “Bu kimi addımların İsveçin NATO-ya üzvlük müraciətinə qarşı təxribat olaraq hazırlandığını deyə bilərəm. Bu, İsveçin təhlükəsizliyi üçün riskli vəziyyətdir. Bir ölkənin demokratik yolla seçilmiş liderinin bu cür təhqir edilməsi çox ciddi bir vəziyyətdir”.
Qeyd edək ki, İsveçdə 1986-cı ildə baş nazir Olof Palme, 2003-cü ildə isə xarici işlər naziri Anna Lind sui-qəsd nəticəsində öldürülüb.





