İsveç Türkiyəyə 300 ailə çadırı göndərib
İsveç Kahramanmaraşdakı dağıdıcı zəlzələlərdən sonra Türkiyəyə yardımlarını davam etdirdiyini açıqlayıb.
Busaat.az xəbər verir ki, İsveç Xarici İşlər Nazirliyi sosial media hesabında qeyd edib:
“Dağıdıcı zəlzələlərə cavab olaraq İsveç Türkiyə və Suriyaya əlavə böhran dəstəyi elan edib”.
“İsveçdən bu gün Türkiyəyə 300 ailə çadırı daşıyan bir neçə təyyarə havaya qalxıb”, – nazirliyin açıqlamasında bildirilir.
Yazıda, həmçinin qeyd edilib: “İsveçin zəlzələdən zərərçəkənlərə və ehtiyacı olanlara dəstək göstərmə səyləri davam edəcək”.





