İsveç və Finlandiya öhdəlikləri yerinə yetirməyib – Çavuşoğlu

İsveç və Finlandiya öhdəlikləri yerinə yetirməyib – Çavuşoğlubackend

İsveç və Finlandiya Ankaranın NATO-ya üzvlüklə bağlı tələblərini hələ də yerinə yetirməyib.

Busaat.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibə verib.

Onun sözlərinə görə həm İsveç, həm də Finlandiya Türkiyənin bu ölkələrin NATO-ya üzvlüyünə razılıq verməsi üçün şərt olan terrorla mübarizə üzrə Ankara ilə imzalanmış memorandumu həyata keçirmək üçün hələ də bir sıra tədbirlər görməlidir:

“Onlar hələlik heç bir konkret addım atmayıblar. Ekstradisiya və hüquqi normalarla bağlı konkret gözləntiləri doğrultmayıblar. Bizim prezidentimiz də bu məsələləri İsveçin Baş nazirinə həvalə edib. Ümumiyyətlə, proses müsbət gedir, amma hələ görülməli olan tədbirlər var. Şikayətlərin əksəriyyəti İsveçlə bağlıdır”

Qeyd edək ki, Çavuşoğlu sabah Buxarestdə keçiriləcək NATO Xarici İşlər nazirlərinin sammitində Türkiyənin İsveç və Finlandiya nümayəndələri ilə üçtərəfli danışıqlar aparacağını bildirib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90