İsveçdən TƏXRİBAT: Terrorda şübhəli bilinən şəxsin Türkiyəyə ekstradisiyasını rədd edildi
İsveç hökuməti Türkiyənin tələb etdiyi terrorda şübhəli bilinən şəxsin ekstradisiyası tələbini rədd edən Ali Məhkəmənin qərarını təsdiqləyib.
Busaat.az xəbər verir ki, İsveçin rəsmi xəbər agentliyi TT-nin xəbərinə görə, 50 yaşlı terror şübhəlisinin İsveç vətəndaşlığı olduğu üçün hökumətin Ali Məhkəmənin qərarını təsdiqlədiyi qeyd edilib.
Bildirilib ki, bu barədə qərar Nazirlər Kabinetinin həftə ərzində keçirilən iclasında qəbul edilib.
Qeyd edək ki, Türkiyənin axtardığı qaçaq şübhəlinin ekstradisiyası tələbi 20 noyabr 2022-ci ildə Ali Məhkəmə tərəfindən rədd edilib.
Busaat.az





