İtaliya Kuboku: “Yuventus” yarımfinala darmadağınla çıxıb

image-b5dd216b-f6d5-3f25-acb1-f769ad942963_850backend

İtaliya Kubokunun 1/4 finalında “Yuventus” və “Frozinone” qarşılaşıb.

Busaat.az xəbər verir ki, Turin şəhərindəki “Alyans-Yuventus” stadionunda keçirilən matçda ev sahibləri qonaqları darmadağın ediblər – 4:0.

Oyunda Milik het-trik edib (11 pen., 38,48), Yıldız fərqlənib.

Bu nəticə “qoca sinyora”nı turnirin yarımfinalına çıxarıb.

Xatırladaq ki, İtaliya Kubokunun öncəki 1/8 final mərhələsində “Yuventus” “Salernitana”nı 6:1 hesabı ilə məğlub edib.

Yarımfinalda “Yuve” “Latsio” ilə qarşılaşacaq. Hər iki oyun apreldə baş tutacaq.Report


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki