
İtaliyada daşqın: 13 nəfər öldü

İtaliyanın Emiliya-Romanya bölgəsində baş verən daşqın nəticəsində 13 nəfər ölüb.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın şimalındakı Emilia-Romagna bölgəsində ötən çərşənbə günü təsirli olan leysan yağışları selə səbəb olub və nəticədə ölüm halları artır.
Güclü yağışlar nəticəsində ən azı 20 çay daşıb, çoxlu sayda yaşayış məntəqələri və əkin sahələri su altında qalıb. Bölgədə 280-ə yaxın sürüşmə baş verib. Evlərində çətin vəziyyətdə qalan insanlar vertolyotlarla xilas edilib və Emilia-Romanya Muxtar Hökumətinin prezidenti Stefano Bonaccini Bolonyadan 3000, Faenza və Ravennadan 5 min nəfər olmaqla, ümumilikdə 13 min insanın təxliyə edildiyini açıqlayıb.
Bu həftə sonu İmolada Formula 1 çərçivəsində keçiriləcək Emilia-Romagna Qran Prisi yaxınlıqdakı Santerno çayında daşqın təhlükəsi səbəbindən ləğv edilib.
Busaat.az























