İtaliyada ifrat sağ Baş nazir postunda: Aİ-dən təbrik YAĞIŞI

image-itbackend

Giorgia Meloni və lideri olduğu sağçı koalisiyanın 24 naziri prezident Sergio Mattarellanın iştirakı ilə bir-bir and içib.

Busaat.az xəbər verir ki, Quirinale Prezident sarayında keçirilən andiçmə mərasiminin son hissəsində prezident Mattarella Baş nazir Meloni və nazirlər ilə xatirə şəkli çəkdirib.

Bu gün Baş nazirlik sarayında keçiriləcək təhvil-təslim mərasimi ilə yeni Baş nazir Meloni sələfi Mario Draqidən vəzifəsini təhvil alacaq.

Simvolik təhvil-təslimdən sonra yeni Baş nazir Meloninin kabinetin ilk iclasını keçirəcəyi gözlənilir.

Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen sosial mediada mesajında ​​İtaliyanın ilk qadın baş naziri vəzifəsinə başlayan Melonini təbrik edib.

“Mən inanıram və qarşıda duran çağırışlara qarşı yeni hökumətlə konstruktiv əməkdaşlığa ümid edirəm” – deyə, Aİ Komissiyasının sədri qeyd edib.

Aİ Şurasının sədri Şarl Mişel de Meloniyə ünvanladığı təbrik mesajında birgə əməkdaşlığa işarə edib: ​​“Aİ və İtaliyanın xeyrinə birlikdə çalışaq”.

Avropa Parlamentinin sədri Roberta Metsola Meloni təbrik edərək, Avropanın ciddi sınaqlarla üzləşdiyinə işarə edib və İtaliyanın Aİ-dəki önəmini vurğulayıb: “Avropanın İtaliyaya ehtiyacı var. Biz birlikdə hər çətinliyin öhdəsindən gələcəyik”.

Qeyd edək ki, 45 yaşlı Giorgia Meloni İtaliyanın ilk qadın baş naziri kimi tarixə düşüb.

Meloni 1922-1943-cü illərdə hakimiyyətdə olan faşist diktator Benito Mussolinidən sonra ölkədə hakimiyyətə gələn ilk ifrat sağçı baş nazirdir. Eyni zamanda, 2008-ci ildən sonra seçki yolu ilə baş nazir seçilən ilk şəxsdir.

Sentyabrın 25-də keçirilən seçkilərdə qalib gələn Meloninin başçılıq etdiyi sağçı alyans parlamentin hər iki palatasında səs çoxluğu qazanıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki