Məzmuna keç
  • Azeri Light122.49 $▼4.00%
  • Brent neft112.43 $▲1.43%
  • WTI neft103.49 $▲2.12%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.062 $▼0.07%
  • Qızıl4 052 $▼0.10%
  • Gümüş53.69 $▼0.79%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda601.75 ¢▼1.59%
  • Bitcoin80 453 $▼0.43%
  • Ethereum2 331 $▼0.68%
  • S&P 5007 744▲0.27%
16°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
Cəmiyyət

İTV-nin efirində niyə musiqi verilib? - Telekanal məsələyə aydınlıq gətirdi

image-1675884469_ttt
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyədə baş verən təbii faciə nəticəsində Azərbaycan kanallarında əyləncəli və musiqili verilişlərin yayımı dayandırılıb.

BAKU.WS xəbər verir ki, İTV-də də əyləncəli verilişlərin dayandırılması bildirilib. Lakin ötən gün gecə saat 01:15-də kanalın efirində musiqili veriliş yayımlanıb.

İTV-dən məsələyə belə aydınlıq gətirilib:

“Hörmətli izləyicilər,

Qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində yaranmış faciəvi vəziyyətin dərhal geniş ictimaiyyətə çatdırılması hadisənin ilk saatlarından İctimai Televiziya və Radio Yayımları Şirkəti üçün prioritet istiqamət olub.

Çoxsaylı insan tələfatı ilə əlaqədar efir proqramında dərhal dəyişiklik edilib, musiqi-əyləncə məzmunlu verilişlər efirdən çıxarılıb.

Xəbər buraxılışlarımızla yanaşı, yayımlanan bütün verilişlərimizdə əsas diqqət məhz qardaş ölkədə baş vermiş bu hadisənin ağır nəticələrinin işıqlandırılmasına, Azərbaycanda yardım toplanması prosesinə yönəldilib.

Hadisədən dərhal sonra xüsusi çəkiliş qruplarımız Türkiyəyə ezam edilib. Hadisənin bütün təfərrüatlarının geniş işıqlandırılması borcumuzdur.

Təəssüf ki, ötən gün gecə saat 01:15-də proqram departamentinin məsul əməkdaşı tərəfindən yol verilən diqqətsizlik və texniki səhv üzündən efirə hələ ötən həftədən planlaşdırılmış köhnə proqram setkası üzrə musiqi nömrəsi verilib.

Hərçənd ki, zəlzələdən sonra tərtib olunan yeni proqramda bu musiqi nömrəsi digər verilişlə əvəzlənmişdi.

Baş vermiş bu səhvlə əlaqədar dərin təəssüf hissi keçiririk”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=99972