Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light121.95 $▲1.88%
  • Brent neft111.66 $▼1.69%
  • WTI neft103.44 $▲3.45%
  • Avropa qazı (TTF)93.30 €▲3.32%
  • Təbii qaz (ABŞ)3.047 $▲11.37%
  • Qızıl4 010 $▼0.50%
  • Gümüş53.96 $▲0.00%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 860 $▼0.54%
  • Ethereum2 377 $▼0.37%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Gündəm

İTV-nin sədri deputatların tənqidinə cavab verdi: “Xalqın gözü tərəzidir…”

image-balakisi-qasimov

“İctimai Televiziyanı tənqid etmək hər bir vətəndaşın haqqıdır. Hörmətli deputatlarımız tənqid edirlər. Demək ki, vəziyyəti belə görürlər. Bu gün İctimai Televiziya haqqında tək tənqidi deyil, xoş söz deyən deputatlarımız da olub. Necə deyərlər, xalqın gözü tərəzidir”.

Bunu Bizim.Media–ya açıqlamasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımov bu gün Milli Məclisin iclasında İTV-nin fəaliyyətini tənqid edən Fazil Mustafa, Fəzail Ağamalı və Siyavuş Novruzova cavabında bildirib.

Baş direktorun sözlərinə görə onlar kifayət qədər uğurlu bir televiziya qurublar:

“Təbii ki, bu kiminsə xoşuna gəldiyi kimi, gəlməyə də bilər. Ancaq bu gün eşitdiyim iradlar mənim üçün yenilik oldu. Parlamentdə bizi həm müdafiə, həm də tənqid edən olub. Demək bu, normal iş prosesidir. Arzulayıram ki, deputatlarımız daha fəal olsunlar. Efirmizə buyursunlar. Bizim efir hər bir deputat üçün açıqdır. Gəlib öz fikirlərini səsləndirə bilərlər. Həm öz fəaliyyətlərini müzakirə edək, həm də bizim fəaliyyət haqqında danışaq”.

Balakişi Qasımov qeyd edib ki, İctimai Televiziyada lağ-lağı yoxdur və deputat Fazil Mustafa konkret bir fakt haqqında danışmaq istəyirsə, sitat gətirsin:

“Deyim ki, filan verilişdə lağ-lağı olub yoxsa tənqid. Bizim kanalda lağ-lağı yoxdur. Satira formatında olan verilişlərimiz var. Əgər hörmətli deputatımız satiranı lağ-lağı bilirsə, bunu deputata sual vermək lazımdır ki, konkret nəyi nəzərdə tutur? Bizim efirimiz çox səviyyəlidir. Əlimizdən gələni edirik ki, İctimai Televiziya daha da yaxşı olsun”.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul