Jalə Əhmədova: “Avropa Şurası Parlament Assambleyasının addımları dialoqa xidmət etmir”

image-c2be89a5-edcf-49b6-bfb4-32c0a5015061backend

Prezident İlham Əliyev bir neçə gün əvvəl fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbulu zamanı çıxışında bir sıra aktual məsələlərə toxundu.

Cənab Prezident bildirdi ki, Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur. İki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi sənədlərində dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Prezident İlham Əliyev hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanmasını müsbət addım kimi dəyərləndirdi.
Ölkə başçımız diqqətə çatdırdı ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir.
Rəsmi Parisin regionda vəziyyətin gərginləşməsinin səbəbkarı olduğunu vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, Fransa regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış edir. Fransa Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək siyasəti yürütdür və Ermənistanın silahlandırılması məhz sözügedən siyasətin təzahürüdür.
Çıxışında dövlət başçımız Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin Avropa Şurası Parlament Assambleyasında ratifikasiya edilməməsinə də toxunaraq, bu addıımı beynəlxalq riyakarlığın təzahürü adlandırdı. Cənab Prezident bildirdi ki, Avropa Şurası Parlament Assambleyasının addımları dialoqa xidmət etmir. Bu cür təşəbbüslər parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki