“Qarabağ” klubu dünya reytinqində doqquz pillə irəliləyib.
Busaat.az xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda öz əksini tapıb.
“Köhlən atlar” 200 xalla 60-cı sırada qərarlaşıb. Ölkənin digər təmsilçilərindən “Sabah” (96 xal) 224-cü yerdən 211-ə qalxıb. “Zirə” (63 xal) 389-cu mövqedən 418-ə, “Araz-Naxçıvan” (59 xal) 456-dan 468-ci pilləyə geriləyib.
502 klubun yer aldığı siyahıda Fransanın PSJ klubu 595 xalla liderdir.








