Məzmuna keç
  • Azeri Light122.49 $▲0.00%
  • Brent neft110.19 $▼0.59%
  • WTI neft101.60 $▲0.26%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.028 $▼1.17%
  • Qızıl4 082 $▲0.63%
  • Gümüş54.24 $▲0.24%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda599.50 ¢▼1.96%
  • Bitcoin81 110 $▲0.38%
  • Ethereum2 352 $▲0.22%
  • S&P 5007 744▲0.27%
16°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
Gündəm

Arif Hacılı: Mən Əli Kərimlinin Ramiz Mehdiyevlə birləşərək...

image-arif
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

TX-nın apardığı son istintaq tədbirləri çərçivəsində yayılan görüntülər və səs yazıları ölkə gündəmində ciddi müzakirə mövzusuna çevrilib. Xüsusilə, Ramiz Mehdiyevin evindən çıxan külli miqdarda vəsait və AXCP sədri Əli Kərimli ilə bağlı irəli sürülən ittihamlar ətrafında müzakirələr səngimir.

Məsələ ilə bağlı Müsavat Partiyasının Ali Məclisinin sədri Arif Hacılı Demokrat.az-a açıqlamasında bildirib ki, irəli sürülən ittihamlar olduqca ciddidir və tərəflərin rəsmi mövqeyi açıqlanmadan qəti fikir bildirmək həm etik, həm də hüquqi baxımdan doğru deyil.

Arif Hacılının fikrincə, Ramiz Mehdiyevin fəaliyyəti illərdir cəmiyyətin diqqət mərkəzində idi. O, qeyd edib ki, Ramiz Mehdiyevin korrupsiya mexanizmlərində yer alması gözlənilməz deyildi:

“Ramiz Mehdiyev Azərbaycanda gedən korrupsiya prosesinin başında duran şəxs olub. Onun böyük maliyyə vəsaitləri, əmlakları, qeyri-qanuni yolla əldə etdikləri vəsaitlər yəqin ki, heç kəs üçün təəccüblü deyil, bu, hamıya da məlum idi”.

Arif Hacılı yayılan görüntülərdə Fuad Qəhrəmanlının müəyyən otaqlardan pul götürməsi, Əli Kərimli ilə Ramiz Mehdiyev arasında gizli əlaqələrin olması iddialarına da münasibət bildirib:

“Mən Əli Kərimlinin Ramiz Mehdiyevlə birləşərək, Rusiyanın maraqlarına uyğun olaraq Azərbaycanda çevriliş etmək niyyətinə düşməsinə inanmıram. Bu mənim şəxsi mövqeyimdir. Hazırda istintaq davam edir. Məhkəmənin son qərarı olmadan hər hansı bir şəxsi təqsirkar elan etmək təqsirsizlik prezumpsiyasına ziddir”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=180353