Xəbər verdiyimiz kimi, mərkəzi ABŞ-da yerləşən “Johnson & Johnson” şirkəti rəsmi “Twitter” hesabından dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ qurumunun təbliğini həyata keçirən paylaşım edib.
Busaat.az xəbər verir ki, şirkətin paylaşımında separatçı qurumun adını çəkməklə Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşması ciddi etiraza səbəb olub.
Ciddi etirazla qarşılaşan şirkət bir müddət sonra sözügedən paylaşımı silib.
Qeyd edək ki, buna qədər isə Azərbaycanda şirkətin məhsulları boykot edilib. Bir sıra marketlər şəbəkəsi şirkətin məhsullarını satmaqdan imtina edib.