“Kafedə qətl, ürəyə sancılan 4 bıçaq zərbəsi…” – General Əkbərovun sonunu gətirən cinayət işinin detalları

image-160964307_721939561822560_4597001482165982654_nbackend

Xəbər verdiyimiz kimi, sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərov həbs edilərək, barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Generalın həbsinin gizlinləri ilə bağlı bəzi təfərrüatlar məlum olub. Belə ki, bir müddət əvvəl ordudan ehtiyata buraxılan Rövşən Əkbərov qəsdən adam öldürmədə ittiham olunur.

19 il əvvəlki qətlin izi ilə…

Dövri mətbuatda vaxtilə yayılan məlumatlara görə, cinayət hadisəsi 19 il əvvəl Ukraynanın paytaxtı Kiyevdə baş verib. Məlumata görə, Rövşən Əkbərov Kiyevdə iş adamı Elçin Əliyevi şəxsi münasibətlər zəminində qətlə yetirib.

image-1615882134_dos

Azərbaycanlı iş adamının ürək nahiyəsinə hərbi bıçaqla zərbələr endirilmişdi. Baş vermiş qətllə bağlı Avropa İnsan Hüquqları Məhkəməsində proses başladılıb. Nəticədə azərbaycanlı Səmayə Şükür qızı Əliyeva və Faday Dəmirxan oğlu Əliyevin 43 yaşlı oğlunun qətlinin araşdırılması ilə bağlı qərarını açıqlayıb.

Azərbaycan bu qətlə görə təzminat ödəməli olacaq…

Qərara əsasən, Azərbaycan tərəfi iddiaçılara dəyən mənəvi ziyana görə 10 min avro, maddi zərərə (xərclər) görə isə 2 min avro təzminat ödəməli olacaq. İndi isə qalmaqallı qətlin təfərrüatları ilə tanış olaq.

Kafedə qətl və generalın karyerasının sonu…

Ukraynada yaşayan iş adamı Elçin Əliyevin qətl hadisəsi 2001-ci ilin 1 iyun tarixində Kiyev şəhərində kafedə baş verib. Ukrayna hüquq mühafizə orqanları hadisə ilə bağlı cinayət işi başladaraq 2 Azərbaycan vətəndaşını şübhəli şəxs kimi müəyyən edib. Bunlardan biri Azərbaycan Respublikasının Ukraynadakı səfirliyində çalışıb. Digəri isə Azərbaycan ordusunda önəmli vəzifəsi olan, həmin vaxt isə Ukraynada xidmət göstərən şəxs olub.

image-1615882223_aabicaq25-1

Ukrayna hüquq mühafizə orqanları 2003-cü ilin fevralında şübhəli 2 Azərbaycan vətəndaşı ilə bağlı işi araşdırılması üçün Azərbaycan hüquq mühafizə orqanlarına ötürüb. 2003-cü ilin aprelində Azərbaycanda general-mayor əleyhinə cinayət işi açılır. Həmin ilin sentyabrında qətldə iştirakı sübut olunan general vəzifəsini düzgün icra etmədiyinə görə işindən kənarlaşdırılır. İddiaçılara istintaqın gedişi barədə məlumat verilmir. Proses barədə suallarına cavab almaq üçün prokurorluğa çox sayda məktub ünvanlayırlar. İstintaqın gedişini sürətləndirmək üçün oğlunun ölümü ilə bağlı araşdırmanın hərəkətsizliyi və nəticəsiz olması ilə bağlı 2007-ci ilin dekabrında beynəlxalq məhkəmələrə müraciət olunur. 2010-cu ilin dekabrında prokurorluq orqanları iddiaçıların oğlunu kimin öldürdüyünü müəyyənləşdirmək üçün yetərli dəlil olmadığından cinayət işinə xitam verir. Son olaraq, 2013-cü ilin mayında məhkəmələr bu qərarı ləğv edir və istintaq prosesi bərpa olunur.

İş Avropa Məhkəməsində…

İddiaçılar Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsinə (yaşamaq hüququ) istinad edərək, Azərbaycan hakimiyyətinin oğullarının ölümü ilə bağlı istintaqı qərəzsiz və nəticəli aparmadığına etiraz ediblər. Onlar məhkəmənın gedişində ifadəsi alınan generalın qorunduğunu və bu istintaq prosesinin əsassız şəkildə uzadılmasını əsas göstəriblər. Şikayətçilər məhkəmə səlahiyyətlilərinin oğullarının ölümünü araşdırarkən qətldə əsas şübhəli olan generalla bağlı aldıqları qərarlar barədə onlara məlumat vermədiklərindən və xüsusilə, 2003-cü ilin sentyabr tarixli cinayət işinə xitam verilməsi barədə qərardan şikayətçi olublar.

Sonda xatırladaq ki, ad çəkilməsə də materialda söhbətin məhz general-leytenant Rövşən Əkbərovdan getdiyi bəllidir. Onun ötən gün həbs edilməsi isə prosesin artıq məntiqi sonluğuna yaxınlkaşdığını düşünmək üçün əsaslar yaradır.

Sfera.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90