“Kamaz” qoyun sürüsünü vurdu: çoban yaralandı

image-23jpg-1750608873backend

İsmayıllıda yük maşını çobanı vurub, 20-dən çox qoyun tələf olub.

Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, hadisə rayonun Lahıc qəsəbəsində qeydə alınıb.

İlkin məlumata əsasən, “Kamaz” markalı yük avtomobili yol kənarındakı qoyun sürüsünə çırpılıb. Hadisə nəticəsində qoyun sürüsünə cobanlıq edən 1961-ci il təvəllüdlü Bəyalıyev Qocaman Elqirax oğluna xəsarət alıb, 20-dən çox qoyun tələf olub.

Çoban ağır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki