Kanadada 800-ə yaxın meşə yanğınını hələ də nəzarət altına alınmayıb
Kanadada 800-ə yaxın meşə yanğınını hələ də nəzarət altına almaq mümkün olmayıb.
Busaat.az xəbər verir ki, bu barədə hökumətin yaydığı məlumatda bildirilib.
Yanğınlarla əlaqədar 284 göstəriş əsasında 232 min insan təxliyə olunub.
Təbii Sərvətlər Nazirliyindən verilən açıqlamada ölkə üzrə davam edən 1052 meşə yanğınından 791-nin hələ də nəzarət altına alınmadığı bildirilib.
“Son proqnozlar göstərir ki, Kanadanın mərkəzi hissəsində, şərqi Albertadan Ontarionun mərkəzinə qədər meşə yanğınlarının artması potensialı var”,- Departamentin baş direktoru Maykl Martin söyləyib.
Nazirlik qeyd edib ki, bu il ölkə üzrə 6174 yanğın hadisəsi baş verib.
Bu mövsüm ölkədə təxminən 165 min kvadrat kilometr ərazinin yandığı və yanğınların genişlənməkdə davam etdiyi bildirilir.





