Kanadada baş verən yanğınla mübarizəyə hərbçilər cəlb olunub
Bazar ertəsi Kanadada 138-ə yaxın yanğın baş verib. Onların yarıdan çoxu nəzarətdən çıxıb.
Busaat.az xarici mənbəyə istinadən bildirir ki, bu yanğınların ən azı üçdə biri böyük Vankuver şəhərində və Kanadanın ən ikonik mənzərələrini özündə birləşdirən Britaniya Kolumbiyasında baş verib.
Kanadanın Baş naziri Castin Trudeau deyib ki, bu, qeyri-adi dərəcədə ciddi bir vəziyyət olduğu üçün hərbi qoşunlar evakuasiya və digər logistika işlərində kömək edəcəklər.
Həmçinin, o, Britaniya Kolumbiyasının federal yardım tələbinin təsdiqləndiyini söyləyib.
“Hansı dəstəyə ehtiyac duyulursa, biz burada olmağa davam edəcəyik”, – deyə bildirib.
Şimal-Qərb Ərazilərinin paytaxtı Yelounayfda 20 minə yaxın sakinin hamısı şiddətli yanğınlar səbəbindən qaçmağa məcbur olub.
Kanada Təşkilatlararası Yanğın Mərkəzinin məlumatına görə, Kanada bu il indiyədək 5807 yanğın rekordu olmaqla, görünməmiş meşə yanğınları silsiləsi ilə üzləşib.





