Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin79 611 $▼1.81%
  • Ethereum2 300 $▼3.53%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
Dünya

Kanadanın Şimal-Qərb Ərazilərində yanğınla əlaqədar təxliyələr başladı

image-kanadada-yangin
Kanadada yanğın

Kanadanın Şimal-Qərb Əraziləri əyalətində davam edən meşə yanğınları səbəbilə bölgə əhalisinin təxliyyəsinə başlanılıb.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, alov Yellounayf şəhərindən 17 kilometr aralıda meşə ərazisinə çatdığından, dövlət orqanları ərazidəki təxminən 20 min köçürmək qərarına gəlib.

Səlahiyyətlilər Yellounayf şəhərində 4 yaşayış məntəqəsinin yüksək risk altında olduğunu bildiriblər. Bu səbəbdən şəhər sakinlərinə cümə günü günortaya qədər bu əraziləri boşaltmaları barədə xəbərdarlıq ediblər.

Bildirilib ki, quru yolu ilə təxliyyə etmək imkanı olmayan və ya səhhətində problem yarandığı üçün yüksək risk qrupuna daxil olan şəxslər hava yolu ilə təxliyəyə istiqamətləndiriləcək.

Əyalət rəsmisi Şeyn Tompson mətbuata verdiyi açıqlamada əhalinin ərazini tərk etməsi üçün kifayət qədər vaxt olduğunu və yağış yağmasa, həftə sonu alovların yaşayış məntəqələrinə çata biləcəyini söyləyib.

Yellounayf və ətrafındakı yerli Amerika icmaları olan Ndilo və Dettah üçün evakuasiya əmrinin bir hissəsi olaraq, əyalət əhalisinin 15 faizinə bərabər olan 6800 nəfərin təxliyyəsi tamamlanıb.

Dünəndən etibarən bu il Kanadada 1067 meşə yanğınının davam etdiyi və ölkədə 21 min kvadrat kilometr ərazinin yandığı açıqlanıb.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul