Məzmuna keç
25 Oktyabr 2026, Bazar
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 283 $▼0.98%
  • Ethereum2 335 $▼2.06%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7003
  • EUR1.9059
  • 100 RUB2.0981
  • GBP2.2753
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2544
  • GEL0.6547
  • 100 KZT0.3774
  • UAH0.0376
  • 100 JPY1.0829
  • CHF2.0663
  • USD1.7003
  • EUR1.9059
  • 100 RUB2.0981
  • GBP2.2753
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2544
  • GEL0.6547
  • 100 KZT0.3774
  • UAH0.0376
  • 100 JPY1.0829
  • CHF2.0663
Dünya

Kanar adalarında yanğın: 5 kənd boşaldıldı

image-kanar-adalarinda-mese-yangini
Kanar adalarında meşə yanğını

İspaniyanın cənub-qərbindəki Kanar adalarından biri olan Tenerifedə yaşayış məntəqələrinə doğru irəliləyən meşə yanğını səbəbindən 5 kənd boşaldılıb.

Busaat.az xəbər verir ki, bu barədə “The Independent” qəzetinin məlumat dərc olunub.

Mənbə bildirir ki, Tenerife adasında başlayan yanğının söndürülməsi və risk altında olan vətəndaşların təxliyəsi istiqamətində işlər davam edir.

Kanar Adaları Muxtar Administrasiyasının prezidenti Fernando Klavixo mətbuat konfransında deyib ki, yanğın nəzarətdən çıxıb, 1800 hektar ərazi kül olub. Söndürmə işlərinə 200-dən çox personal, 13 təyyarə və helikopter cəlb edilib.

Bildirilib ki, yanğın təhlükəsi olan Arrate, Çivisaya, Media Montana, Ajafona və Las Laqunetas kəndləri ehtiyat tədbiri olaraq boşaldılıb, həmçinin adanın şimal bölgələrində dağlara gedən yollar müvəqqəti bağlanıb.

image-kanar-adalarinda-mese-yangini-
Kanar adalarında meşə yanğını

 

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul