Kann kinofestivalı təxirə salındı

Kann kinofestivalı təxirə salındıbackend

Cari ilin 12 may – 23 may tarixlərində keçirilməsi nəzərdə tutulan Kann kinofestivalı Fransada yayılan koronavirus pandemiyasına görə təxirə salınıb.

Busaat.az-ın “TASS”a istinadən xəbər verir ki, bu barədə təşkilatçıların yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, hazırda kinofestivalın iyunun sonu – iyulun əvvəlində keçirilməsi müzakirə olunur.

“Fransada və dünyadakı səhiyyə sahəsində vəziyyətin inkişafı bizə real durumu qiymətləndirməyə imkan verdikdən sonra qərarımızı bildirəcəyik. Qlobal səhiyyə böhranının bu dövründə, COVID-19 qurbanları haqqında düşünürük və bu xəstəliklə mübarizə aparan hər kəslə həmrəyik”- deyə təşkilatçıların məlumatında bildirilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki