Karantin günlərində Bakıda tıxac necə yaranır?

Karantin günlərində Bakıda tıxac necə yaranır?backend

“Nəqliyyat vasitələrinin yoxlanılması ilə bağlı sıxlığın yaranması qaçılmaz haldır”.

Busaat.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev Bakının Heydər Əliyev prospektinin (şəhər istiqamətində) köməkçi yolunda – tunelə girişdə müşahidə olunan tıxacdan danışarkən deyib. Onun sözlərinə görə, hər bir nəqliyyat vasitəsinin yoxlanılması müəyyən vaxt aparır:

“Aydın məsələdir ki, bu qədər sahənin fəlaiyyətinə icazə verilib. Odur ki, bu gün gedən-gələnlərin sayı artıb. Buna baxmayaraq, icazə.qov.az portalına məlumat yerləşdirmədən, SMS almadan küçəyə çıxanlara nəzarət edilməsi ilə bağlı polis gücləndirilmlş iş rejimində xidmət aparır. Ona görə nəqliyyat vasitələrinin yoxlanılması ilə bağlı sıxlığın yaranması qaçılmaz haldır. Axın çox olan hissələrdə nəqliyyat vasitələrinin yoxlanılması çox vaxt aparır, müəyyən qədər tıxaclar yaranır. Yəqin bununla bağlı məlumat veriləcək”.

Kamran Əliyev qeyd edib ki, sosial izolyasiya qaydalarına görə, insanların əksəriyyəti ya fərdi, ya da taksi xidmətindən istifadə etmək məcburiyyətində qalırlar:
“Bu üzdən də yollarda nəqliyyatın sıxlığı yaranır”.

Qeyd edək ki, bu gün Bakının Heydər Əliyev prospektinin (şəhər istiqamətində) köməkçi yolunda – tunelə girişdə tıxac müşahidə olunub. Bu səbəbdən həmin istiqamətdə hərəkət edən müntəzəm və ekspres xətlər üzrə xeyli sayda avtobus tıxacda qalıb, onların intervalında gecikmələr yaranıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90