Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Bitcoin81 373 $▲0.09%
  • Ethereum2 401 $▲0.63%
  • Qızıl4 006 $▼0.59%
  • Gümüş53.90 $▼0.11%
  • Brent neft111.41 $▼1.91%
  • WTI neft103.18 $▲3.19%
  • Təbii qaz3.049 $▲11.44%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Gündəm

Karantin rejimi qaydalarını pozan restoran sahibi həbs olundu

image-zeytun

Sumqayıt şəhərində karantin rejimi qaydalarını pozaraq gecə saatlarında fəaliyyət göstərən restoran aşkar edilib.

Busaat.az  DİN-ə istinadən xəbər verir ki, fevralın 6-da gecə saat 1 radələrində şəhərin 6-cı məhəllə ərazisində yerləşən “Zeytun” restoranının sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərdiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən restoranı icarə əsasında işlədən şəhər sakini Ş.Əkbərovla profilaktik söhbətlər aparılıb və karantin qaydalarına əməl etməyin vacibliyi onun diqqətinə çatdırılıb.

Ş.Əkbərov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) protokol tərtib olunaraq məhkəməyə göndərilib.

Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə Ş.Əkbərov 10 gün müddətinə inzibati qaydada həbs olunub.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul