Keçmiş Pentaqon müşaviri: “Şimal Axını hadisəsinin arxasında ABŞ və Böyük Britaniya ola bilər”

image-duqlasbackend

 “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərində baş verən partlayışların arxasında ABŞ və Böyük Britaniya dayana bilər.

Busaat.az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin keçmiş müşaviri Duqlas Makqreqor deyib.

“Bunu edə biləcək aktorların kim olduğuna baxmaq lazımdır. Bu, Kral Donanması və Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələri ola bilər. Məncə, bu, olduqca aydındır” – deyə, Makqreqor qeyd edib.

O, həmçinin Polşanın 2007-2014-cü illərdə xarici işlər naziri vəzifəsini icra edən, Avropa Parlamentinin üzvü Radoslav Sikorskinin öz Twitter səhifəsində ABŞ-a “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində yaşanan təxribatla bağlı təşəkkür etdiyini xatırladıb.

Pentaqon rəhbərinin keçmiş müşaviri boru kəmərlərində baş verən insidentin arxasında Moskvanın olması fikrini absurd adlandırıb: “Bunu ruslar etməyib, bu iddia absurddur. Almaniyanın da təxribatda iştirakı mümkün deyil”.

Qeyd edək ki, “Şimal axını” qaz kəmərlərində dörd sızma aşkar edilib, ən sonuncu İsveç sahil mühafizəsi tərəfindən müəyyən edilib. Bundan əvvəl Nord Stream AG şirkəti məlumat verib ki, Bazar ertəsi şimal axını 1 və 2 qaz kəmərlərinin üç borusuna ziyan dəyib. İsveç seysmoloqları şimal axını boru kəmərləri boyunca iki partlayışın qeydə alındığını bildiriblər. Danimarka Enerji Agentliyi külli miqdarda qazın dənizə töküldüyünü bildirib. Təyyarələrə və gəmilərə əraziyə yaxınlaşmaq qadağan edilib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90