Kennedinin məktubu yayımlandı: “Şaxta baba ilə danışmışam…”

Kennedinin məktubu yayımlandı: “Şaxta baba ilə danışmışam…”backend
ABŞ-ın 35-ci prezindeti Con Kennedinin 8 yaşlı qıza yazdığı məktubu yayımlanıb.
Busaat.az xarici mətbuata istinadən xəbər verir ki, məktub 28 oktyabr 1961-ci ildə yazılıb. Bundan öncə 8 yaşlı Mişel Rohon adlı qız prezidentə yazdığı məktubda SSRİ-nin hidrogen bombasını sınaqdan çıxaracağı təqdirdə Şaxta babanın ölməsinə icazə verməməsini istəyib. Prezident isə cavab məktubunda belə yazıb:
“Şaxta babadan narahat olma. Dünən onunla danışmışam. Hər şey qaydasındadı. Yenə Milad gəzintisinə hazırlaşır”.
Qeyd edək ki, Sovet İttifaqı 30 oktyabr 1961-ci ildə Çar bombası adlandırılan hidrogen bombasını sınaqdan keçirib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki