Kim Çen Inın bacısı Co Baydeni hədələyib
ABŞ Prezident seçkilərindən sonra Koreya Xalq Demokratik Respublikasının (KXDR) rəhbərliyi ilk dəfə olaraq Vaşinqtona rəsmi müraciət göndərib. Busaat.az xəbər verir ki, bu barədə KXDR lideri Kim Çen Inın bacısı Kim Yo-Çen məlumat verib.
Amerika mətbuatı tərəfindən yayımlanan məlumata görə, KXDR rəhbərliyi Co Bayden adminstrasiyasına yaxın 4 ildə təhlükəsiz yatmaq üçün axmaq hərəkətlərdən uzaq durmağı tövsiyə edib. Həmçinin, Kim Çen Inın bacısı ABŞ rəhbərliyinin KXDR-in “barıt qoxması” üçün əlindən gələni etdiyini vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl Amerika mətbuatı Ağ Evin rəsmi Pxenyanla diplomatik əlaqələr qurmağa çalışdığını, lakin bu cəhdlərin uğursuz olduğunu bildirmişdi.





