Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 437 $▼0.79%
  • Ethereum2 336 $▼2.01%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
Siyasət

KİV: "ABŞ F-16-ların Danimarka və Niderland tərəfindən Ukraynaya verilməsini təsdiqləyib"

image-f-16-qirici
F-16 qırıcı

ABŞ Danimarka və Niderlandın F-16 qırıcılarının Ukraynaya verilməsinə razılıq verib.

Busaat.az-ın xəbərinə görə, bu barədə mənbəyə istinadən “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, F-16-ları idarə etməyi öyrənən ukraynalı pilotların təlimi başa çatdıqdan sonra ölkələr Kiyevə döyüş təyyarələri göndərəcək. ABŞ-ın dövlət katibi Antoni Blinken artıq Danimarka və Niderlanddakı həmkarlarına məktublar göndərərək Vaşinqtonun bu addımı dəstəklədiyinə zəmanət verib.

“Mən bunu ABŞ adından həm F-16 qırıcılarının Ukraynaya verilməsinə, həm də ukraynalı pilotların ixtisaslı təlimatçılar tərəfindən hazırlanmasına tam dəstəyimi ifadə etmək üçün yazıram”, – Blinken “Reuters” tərəfindən əldə olunan məktubunda qeyd edib. ABŞ dövlət katibinin sözlərinə görə, üçüncü ölkələrin təchizat sorğularının təsdiqlənməsi Ukraynaya “birinci pilotlar qrupu təlimlərini başa vuran kimi” yeni imkanlardan istifadə etməyə imkan verəcək.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul