Kiyev uşaq xəstəxanasının zirzəmisindən ürəkağrıdan mənzərələr – FOTO

image-5295325backend

Rusiyanın Ukraynaya hücumundan ən çox təsirlənən uşaqlar olub.

Busaat.az  “Oxu.az”a istinadən xəbər verir ki, bəzi ailələr Kiyevdən çıxmağa müvəffəq olsalar da, xərçəng xəstəsi olan uşaqlar sığındıqları uşaq xəstəxanasının zirzəmisində müalicələrinə davam edirlər.

Həkimlər və tibb bacıları dərman, yemək və bu kimi ehtiyatların tükənməsinə baxmayaraq, bacardıqları məhdud müalicəni təmin etməyə çalışırlar.

 

Leykoza qarşı ən təsirli dərman olan təsəlli və sevinci məhv edən hücumlardan xəbərsiz pəncərəsiz dəhlizlərdə müalicə alan uşaqlar bütün dünyanı məyus edib.

Xəstəxananın baş həkimi Volodimir Jovnir vəziyyətin ciddiliyinə diqqət çəkərək, “Burada müalicə oluna bilməyən və dərmanlarını ala bilməyən xəstələr var” deyib.

Normal şəraitdə 600 çarpayılıq xəstəxananın tutumunun hazırda 200-ə düşdüyü, müharibədə yaralanan kiçik uşaqların da müalicəyə gəldiyi bildirilib.

Həkimlər cümə axşamından bəri xəstəxanaya qəlpə və güllə yaraları ilə dörd uşağın gətirildiyini açıqlayıblar.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90