Məzmuna keç
  • Brent neft113.43 $▲1.33%
  • WTI neft104.12 $▲1.14%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.03%
  • Qızıl3 899 $▼2.68%
  • Gümüş49.28 $▼4.20%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.49%
  • Bitcoin78 020 $▲0.77%
  • Ethereum2 267 $▲0.62%
  • S&P 5007 580▼1.83%
20°Bakı
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
Dünya

Koçaryan seçkilərə hansı formatda qatılacağını açıqladı

image-kocaryan
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistanın keçmiş Prezidenti Robert Koçaryan Milli Məclisə erkən seçkilərdə partiyalar blokuna liderlik edəcəyini açıqlayıb. Busaat.az xəbər verir ki, o, bu barədə “Pozner” proqramının efirində açıqlama verib.

Ermənistan parlamentinə növbədənkənar seçkilərin 20 iyunda keçirilməsi planlaşdırılır. Keçmiş Prezident dəfələrlə seçkilərin keçiriləcəyi təqdirdə iştirak edəcəyini bildirsə də, iştirak formatını açıqlamamışdı.

Koçaryan 10 il Ermənistana rəhbərlik etdiyini, bununla belə tərəfsiz olduğunu xatırladıb.

“Partiyalar blokunun başında iştirak edəcəm, çox güman ki, iki partiya olacaq”, – deyə o bildirib.

R. Koçaryan erkən seçkilərdə iştirak etmək üçün hansı partiyalardan ibarət bir blok yaradacağını dəqiqləşdirməyib. Erməni mətbuatında isə bu partiyalardan birinin ARF “Daşnaksütyun” ola biləcəyi barədə şayiələr dolaşır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=42707