Məzmuna keç
  • Brent neft113.43 $▲1.33%
  • WTI neft104.12 $▲1.14%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.03%
  • Qızıl3 899 $▼2.68%
  • Gümüş49.28 $▼4.20%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.49%
  • Bitcoin77 619 $▲0.25%
  • Ethereum2 255 $▲0.12%
  • S&P 5007 580▼1.83%
20°Bakı
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
Cəmiyyət

Köhnələrdən kimlər yenə deputat olmaq istəyir? - SORĞU

image-8
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Məlum olduğu kimi, iyunun 28-də VI çağırış Milli Məclis işini yekunlaşdırıb.

Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyevin altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncamına əsasən sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib. Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bu gündən passiv seçki hüququ olan vətəndaşlar öz təşəbbüsləri ilə, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsinə başlaya bilər.

Hazırkı deputatlardan kimlər yenidən Milli Məclisdə təmsil olunmaq fikrindədir? Bakıvaxtı.az olaraq maraq dairəsində olan bu suala bəzi deputatlardan cavab almağa çalışdıq.

Deputat Naqif Həmzəyev Busaat.az-ınsorğusuna cavab olaraq bildirib ki, növbəti seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən etimad göstərilib yenidən namizədliyi irəli sürülərsə seçkilərdəaktiv iştirak edəcək:

“Qarşıdan gələn seçkilərdə Yeni Azərbaycan Pariyasının bütün namizədllərinə uğurlar arzu edirəm. İnanıram ki, xalqımız yenə də doğru seçim edəcək və Yeni Azərbaycan Partiyası qalib olacaq”.

Deputat Ceyhun Məmmədov deyib ki, namizədliyini irəli sürməsi partiyanın qərarından asılıdır.

Deputat Elman Nəsirov əməkdaşımıza bildirib ki, Yeni Azərbaycan Partiyası məsləhət bildiyi deputatların namizədliyini yenidən irəli sürəcək.

Deputat Vahid Əhmədovun dediyinə görə, parlament seçkilərində namizədliyini irəli sürməsi ilə bağlı yaxın günlərdə qərar verəcək.

Deputat Tahir Kərimli əməkdaşımız deyib ki, bu həftə ərzində Vəhdət Partiyasının Baş Məclisi keçiriləcək və namizədliklə bağlı yekun qərar orada təsdiqlənəcək.

Deputat Musa Qasımlı vurğulayıb ki, növbəti seçkilərdə namizədliyini irəli sürmək fikrindədir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=141586