Kolleclərə qəbulla bağlı MÜHÜM XƏBƏR

Kolleclərə qəbulla bağlı MÜHÜM XƏBƏRbackend

11 illik tam orta təhsil bazasında kolleclərə sənəd qəbulu onlayn formada 12 may – 5 iyun tarixlərində təşkil ediləcək.

Busaat.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

O bildirib ki, həmçinin ümumi (9-cu sinif) orta təhsil bazasında kolleclərə qəbul yalnız buraxılış imtahanlarının ikinci mərhələsinin nəticəsi əsasında aparılacaq:

“Bundan əlavə, bu il 19 mindən çox abituriyent kolleclərə qəbul üçün öz ərizələrini təsdiq edib. Onlardan 1 mart 2020-ci il tarixində buraxılış imtahanının birinci mərhələsində iştirak edən 4 min abituriyent müsabiqəyə qatılmaq üçün mütləq buraxılış imtahanının ikinci mərhələsində iştirak etməlidir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90