Kolumbiyada helikopterə silahlı hücum nəticəsində 4 əsgər həyatını itirib.
Busaat.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Belə ki, Antioquia inzibati bölgəsindəki Caceres qəsəbəsinin çölünə enən helikopterə naməlum şəxslər atəş açıb.
Hücumda 4 əsgər həyatını itirib. Bölgəyə çox sayda fövqəladə hallar dəstələri göndərilib.
Açıqlamaya görə, vertolyotdan enən əsgərlərə atəş açıldığı və əsgərlərin bu müddətdə həyatını itirdiyi bildirilib.