Məzmuna keç
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft110.28 $▼1.27%
  • WTI neft101.73 $▼1.49%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)2.983 $▼2.20%
  • Qızıl4 014 $▲0.16%
  • Gümüş54.19 $▲0.45%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 447 $▼0.40%
  • Ethereum2 343 $▼0.52%
  • S&P 5007 624▼0.52%
14°Bakı
  • USD1.7004
  • EUR1.9061
  • 100 RUB2.0970
  • GBP2.2754
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542
  • GEL0.6547
  • 100 KZT0.3775
  • UAH0.0376
  • 100 JPY1.0827
  • CHF2.0664
  • USD1.7004
  • EUR1.9061
  • 100 RUB2.0970
  • GBP2.2754
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542
  • GEL0.6547
  • 100 KZT0.3775
  • UAH0.0376
  • 100 JPY1.0827
  • CHF2.0664
İdman

Konfrans Liqası oyunundan sonra futbolçular arasında dava düşüb

image-dinamo-ve-aris
Dinamo və Aris
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ukraynanın “Dinamo” və Yunanıstanın “Aris” komandaları arasında keçirilmiş UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra futbolçular arasında dava düşüb.

Busaat.az xəbər verir ki, Kiyev təmsilçisinin qapıçısı Georgi Buşan final fitindən sonra rəqib azarkeşlərə tərəf gedərək təxribat xarakterli jestlər göstərməyə başlayıb.

Ardınca “Aris”in oyunçuları məsələni həll etmək üçün rəqib futbolçular tərəfə qaçıblar və nəticədə dava düşüb.

“Dinamo”nun baş məşqçisi Mirça Luçesku insidentə münasibət bildirib: “Aris” fanatlarının ilk görüşdə qaldırdıqları pankartları gördünüzmü? Onlar Ukraynaya qarşı yönəlmişdilər. Futbolçularımızı dayandıra bilmədim. Mən bunu dəstəkləmirəm, amma siz də oyunçuları başa düşməlisiniz. Çünki onlar tərəfdarların Ukrayna hərbçilərinə qarşı pankartlarını görüblər. Təbii ki, bəzi jestlərlə razılaşa bilmirəm. Ümid edirəm ki, gələcəkdə belə hal təkrarlanmayacaq”.

Qeyd edək ki, ilk matçda rəqibinə 0:1 hesabı ilə uduzan “Dinamo” cavab qarşılaşmasında qalib gəlib (2:1) və penaltilər seriyasında növbəti mərhələyə adlayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=118422