Konsulluq maşını qəzaya uğradı: 3 nəfər öldü – FOTO
Türkiyənin İzmit şəhərində Qazaxıstan Konsulluğuna aid maşın dirəyə çırpılıb.
Busaat.az xəbər verir ki, qəza saat 18:00 radələrində Şimali Mərmərə avtomagistralının İzmit Ağmeşə massivində qeydə alınıb.
İstanbula doğru hərəkətdə olan maşının sürücüsü idarəetməni itirib. Qəzada avtomobildə olan üç nəfər ölüb.






