Könül Nurullayeva üzr istədi

Könül Nurullayeva üzr istədibackend

Bu gün Milli Məclisin İntizam komissiyası tərəfindən töhmət verilən millət vəkili Könül Nurullayeva bu məsələ ilə bağlı açıqlama yayıb və soydaşlarımızdan üzr istəyib. 

Busaat.az  xəbər verir ki, açıqlamada deputat qeyd edib ki, bir neçə gün əvvəl Türkiyənin “TV Net” kanalına açıqlamasında zəif internet bağlantısı səbəbindən Ermənistanın təzminat ödəməsi ilə bağlı suala cavab olaraq, fikrini sona qədər çatdıra bilməyib:

“Bu vəziyyətdən yaranmış olan anlaşılmazlığa görə soydaşlarımızdan üzr istəyirəm. Mənim dövlətimizə və xalqımıza bilərəkdən vurulan zərərlə bağlı təzminatın ödənilməsinə dair mövqeyim açıq və aydındır – Ermənistan birmənalı şəkildə beynəlxalq hüquq qarşısında cavab verməlidir. Yoxsul, səfil Ermənistan dövlətimizə və soydaşlarımıza vurduğu maddi və mənəvi zərəri ödəməyə məcburdur. Bu, beynəlxalq hüququn tələbidir. Belə bir təcrübə artıq var, söhbət Çıraqov qardaşları və digərlərinin işi üzrə Avropa Məhkəməsinin qərarından gedir. Ermənistan dövlətinin Çıraqov qardaşları ilə birlikdə 6 nəfərə təzminat ödənilməsilə bağlı Avropa Məhkəməsinin qərarında da qeyd olunur ki, Ermənistanın işğalı nəticəsində bu insanlara zərər dəyib. Bu gün təzminatın verilməsi tələbilə çıxış etmək üçün əlimizdə kifayət qədər arqumentlərimiz var”.

Qeyd edək ki, ermənilərin Qarabağa vurduğu ziyanla bağlı dəyərləndirmə aparılaraq Ermənistandan təzminat istənilməsi barədə suala cavab verən Könül Nurullayeva deyib ki, bu gün Ermənistanın iqtisadiyyatı tam çöküb, xarici borcları artıb, sosial təminat sahəsində fəlakətli durum yaranıb və bu durumda Azərbaycana təzminat verilməsi önəmli deyil.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90