Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
12°Bakı
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
Siyasət

Könül Nurullayevaya töhmət verildi

Könül Nurullayevaya töhmət verildi
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Noyabrın 13-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib. Busaat.az  xəbər verir ki, iclasda deputat Könül Nurullayeva barəsində intizam tədbirinin tətbiqi məsələsinə baxılıb. Qeyd olunub ki, noyabrın 12-də Türkiyənin TV Net telekanalına müsahibə verən K.Nurullayevanın canlı yayımda səsləndirdiyi fikirlər Azərbaycanın dövlət siyasətinə ziddir, Azərbaycan cəmiyyətinin və Milli Məclisin mövqeyini əks etdirmir. Ermənilərin Qarabağa vurduğu ziyanla bağlı dəyərləndirmə aparılaraq Ermənistandan təzminat istənilməsi barədə suala cavab verən Könül Nurullayeva deyib ki, bu gün Ermənistanın iqtisadiyyatı tam çöküb, xarici borcları artıb, sosial təminat sahəsində fəlakətli durum yaranıb və bu durumda Azərbaycana təzminat verilməsi önəmli deyil. Komissiyanın üzvləri qeyd ediblər ki, son 200 ildə müntəzəm olaraq Azərbaycan xalqına qarşı təcavüz aktları həyata keçirən, torpaqlarımıza göz dikən, 30 il Dağlıq Qarabağ bölgəsini və ətraf rayonları işğalda saxlayan, həmin ərazilərdə dəhşətli dağıntılar törədərək Azərbaycan insanlarına və ölkənin iqtisadiyyatına, tarixi-mədəni-dini obyektlərimizə milyardlarla manatlıq ziyan vuran, Xocalı soyqırımını törətmiş olan Ermənistandan təzminat tələb etmək bizim haqqımızdır və belə bir prosedur beynəlxalq hüquqda təsbit olunub. Bildirilib ki, Vətən müharibəsi ilə, xalqımızın ümdə hüquqları ilə bağlı çıxışlarında hər bir deputat məsuliyyət hissini rəhbər tutmalı, Azərbaycanın milli maraqlarını mütləq nəzərə almalıdır. Müzakirələrin yekununda İntizam komissiyası deputat Könül Nurullayeva barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edib https://youtu.be/jAe9D2PZVIo  
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=11490