Körfəzdə YENİ VİRUS: Ölkələrdən XƏBƏRDARLIQ

image-marburq-virusubackend

Körfəz ölkələri vətəndaşlarından Marburq virusunun müşahidə olunduğu Afrika ölkələri Tanzaniya və Ekvatorial Qvineyaya səfərlərini təxirə salmalarını istəyib.

Busaat.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada qeyd olunub:

“BƏƏ vətəndaşlarına Marburq virusunun müşahidə olunduğu Tanzaniya və Ekvatorial Qvineyaya səfərlərini təxirə salmalarını tövsiyə edirik”.

Bəyanatda hazırda Tanzaniya və Ekvatorial Qvineyada olan BƏƏ vətəndaşlarını sayıq olmağa və səlahiyyətlilər tərəfindən verilən təhlükəsizlik təlimatlarına əməl etməyə çağırıb.

Küveyt Səhiyyə Nazirliyindən verilən açıqlamada Tanzaniya və Ekvatorial Qvineyadan Marburq virusu nəzarət altına alınana qədər bu iki ölkəyə səfərdən çəkinməyə çağırılıb.

Açıqlamada, adı çəkilən ölkələrdə və qonşu ölkələrdəki Küveyt vətəndaşlarına yerli səhiyyə orqanlarının elan etdiyi tədbirlərə əməl etmələri tövsiyə edilib.

Bəhreyn Səhiyyə Nazirliyinin Marburq virusu ilə bağlı inkişafları yaxından izlədiyi, Tanzaniya və Ekvatorial Qvineyaya birbaşa uçuşlar olmadığı üçün virusun Bəhreynə keçmə riskinin az olduğu bildirilib.

Səudiyyə Ərəbistanı və Oman da bənzər bəyanatlar verib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90