Koronavirus (COVİD-19) peyvəndinin istifadəsinə oktyabr ayında başlanılacaq.
Busaat.az xəbər verir ki, bu barədə İsveçrənin tibb üzrə ixtisaslaşan “Saiba” şirkətinin direktoru deyib.
O bildirib ki, peyvəndin sınağı üçün bu ay ərzində könüllülər müəyyən ediləcək:
“Bu işdə Sürix Tətbiqi Elmlər Universiteti bizə yardımçı olacaq. Oktyabrda peyvənd bütün İsveçrə xalqı üçün istifadə ediləcək”.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İsveçrə alimlərinin bu fəaliyyətinə dəstəyini ifadə edib.